“Real” Premier Liqa klubunun qapıçısını icarəyə götürdü

14 Avqust 2023 15:40 İspaniya 553
“Real” Premier Liqa klubunun qapıçısını icarəyə götürdü

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa “Real”a keçib.

Sportinfo.az xəbər verir ki, o, bir illik icarə əsasında “kral klubu”nda forma geyinəcək.

Öncədən əsas qapıçı Tibo Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq olduğu açıqlanıb.

Arrisabalaqa 2022/23 mövsümündə “Çelsi”nin heyətində 39 oyuna çıxıb, 45 qol buraxıb, 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar