“Real Madrid” İspaniya La Liqasında yeni mövsümə qələbə ilə başlayıb.
Sportinfo.az xəbər verir ki, Bilbao “Atletik”inin qonağı olan “kral klubu” “quru” hesablı qalibiyyət əldə edib - 2:0.
28-ci dəqiqədə Rodriqo hesabı açıb. Səkkiz dəqiqə sonra yeni transfer Cud Bellinqem matçda yekun nəticəni müəyyənləşdirib.

