“Neymarla əlaqə saxlamışam, o, “Barselona”ya qayıtsa...”

12 Avqust 2023 15:40 İspaniya 870
“Neymarla əlaqə saxlamışam, o, “Barselona”ya qayıtsa...”

“Barselona”nın futbolçusu Serxi Roberto PSJ-nin forvardı Neymarın Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, Neymarla danışdığını söyləyib:

“Neymarla əlaqə saxlamışam. O, “Barselona”ya qayıtsa, çox şad olacaq. Onu burada görmək xoş olardı.

Xüsusi futbolçudur, istedadlıdır. Qayıdışı reallaşa bilər? Bu işlə rəhbərlik və baş məşqçi məşğul olmalıdır”.

Öncədən PSJ-nin braziliyalının “Barselona”ya keçməsinə razılıq verdiyi ilə bağlı xəbər vermişdik.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçmişdi. Həmin zaman kəsiyində o, Liqa 1 klubunun heyətində 173 oyunda 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar