“Barselona”nın direktoru Mateu Alemani Neymarın PSJ-dən “Barselona”ya qayıtma ehtimalını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi hələ heç nəyin bəlli olmadığını bildirib:
“Vəziyyət olduğu kimidir və biz bütün diqqətimizi mövsümün başlamasına, oyunçuların qeydiyyatına yönəltmişik
. Mən nikbinəm və inanıram ki, bütün oyunçuları bazar gününə qədər qeydiyyatdan keçirə biləcəyik.
Neymar? Bu, daha çox jurnalistlərin məsələsidir”.
Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçmişdi. Bu müddətdə o, 173 oyuna çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

