“Barselona” 13 futbolçunun ümidinə qalıb

4 Avqust 2023 10:20 İspaniya 1 194
“Barselona” 13 futbolçunun ümidinə qalıb

"Barselona"nın maliyyə problemləri yaşaması hər kəsə məlumdur.

Bu məqam son illər ərzində komandaya ciddi problemlər yaradıb.

Sportinfo.az xəbər verir ki, bu yay kataloniyalılar yenə də çox çətin günlər yaşayırlar.

Xüsusən də yeni oyunçuların alınması baxımından. Lakin bir problem var ki, onu mümkün qədər təcili həll etmək lazımdır.

Klubun çətin iqtisadi vəziyyəti səbəbindən La Liqada cəmi 13 futbolçusumu qeydiyyatdan keçirə bilib. Heç bir şey dəyişməsə, Xavinin ixtiyarında ilk turda aşağıdakı oyunçular olacaq:

Mark-Andre Ter Ştegen, Jules Kunde, Erik Garcia, Andreas Kristensen, Pedri, Qavi, Frank Kessye, Frenk De Yong, Ferran Torres, Ansu Fati, Rafinya, Robert Levandovski və Usman Dembele.

Bu 13 futbolçudan ikisinin tezliklə klubu tərk edəcəyi gözlənilir. Dembele gözlənilmədən onun satınalma bəndini aktivləşdirən PSJ-yə keçmək qərarına gəlib.

O, bir neçə gündən sonra Parisə yollanacaq. Kessye isə Xavinin yarımmüdafiədə son seçimlərindən biridir, buna görə "Barsa" onun yeni klub tapmasını istəyir.

Satışlar və əlavə maliyyə sayəsində klub əmindir ki, avqustun 13-də “Xetafe” ilə keçiriləcək ilk tur matçından əvvəl bütün heyəti qeydiyyatdan keçirə biləcək. Amma bu hələ də real deyi. Azarkeşlər isə bu vəziyyətdən narahatdırlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti