"Messi dünyanın ən yaxşı oyunçusudur, insan olaraq daha da yaxşı biridir”

4 Avqust 2023 01:30 İspaniya 467
"Messi dünyanın ən yaxşı oyunçusudur, insan olaraq daha da yaxşı biridir”

"Barselona"nın prezidenti Joan Laporta komandanın əfsanəsi Lionel Messi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, “CNN”ə açıqlama verən klub rəhbəri argentinalının “Barselona”ya gəlməyib “İnter Mayami”yə keçidi barədə bunları deyib:

"Messi dünyanın ən yaxşı oyunçusudur. Amma insan olaraq daha da yaxşı biridir. Lionel tarixin ən yaxşısıdır.

“Barselona”da onu hamı sevir. Lionel “İnter Mayami”yə keçməyə qərar verib.

Bu, klub və komanda üçün yaxşıdır. Onun qərarına hörmət edirik və MLS-də ona uğurlar arzulayırıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti