“Heç nə demədi, bu, növbəti söz-söhbət olacaq - Gəlin, görək, nə baş verir”

3 Avqust 2023 01:30 İspaniya 553
“Heç nə demədi, bu, növbəti söz-söhbət olacaq - Gəlin, görək, nə baş verir”

“Barselona”nın müdafiəçisi Markos Alonso Osman Dembelenin PSJ-yə mümkün transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu, Dembelenin “Barselona”nın oyunçuları ilə keçidi haqda danışmadığını deyib:

“Dembele oyunçulara heç nə demədi. Bu, rəsmən açıqlanana qədər növbəti söz-söhbət olacaq.

Gəlin, görək, nə baş verir. Hər il oyunçular yeni komandalara keçirlər və siz tez uyğunlaşmalı, irəliləməyə çalışmalısız.

Dembele vacib oyunçudur, amma düşünürəm ki, bizim çox yaxşı heyətimiz var.

Transfer pəncərəsi bağlandıqdan sonra komandada qalacaq oyunçularla biz bütün səylərimizi göstərəcəyik”.

Dembele PSJ-ə keçməyə yaxındır. Onun artıq Paris klubu ilə 5 illik müqaviləni razılaşdırdığı deyilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti