“Mənimlə danışdı, buraxmağımızı xahiş etdi, bir az məyus oldum"

2 Avqust 2023 21:20 İspaniya 633
“Mənimlə danışdı, buraxmağımızı xahiş etdi, bir az məyus oldum"

"Barselona"nın baş məşqçisi Xavi cinah yarımmüdafiəçisi Usman Dembelenin klubdan ayrılmasından danışıb.

Sportinfo.az xəbər verir ki, "Marca"ya danışan ispaniyalı mütəxəssis fransalının öz istəyi ilə komandadan ayrıldığını bildirib:

"Dembele mənimlə birbaşa danışdı. Onu buraxmağımızı xahiş etdi. Çünki PSJ-dən təklifi var.

Biz onlarla rəqabət apara bilmərik. Ancaq Dembelenin gedişinə bir az məyus oldum".

2022/2023 mövsümündə Dembele "Barselona"nın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, səkkiz qol vurub və 9 məhsuldar ötürmə etmişdi.

Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Fransa nəhənginin Dembele üçün “Barselona”ya 50 milyon avro ödəyəcəyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti