36 yaşlı məşhur hücumçu ilə yolları ayırdı – İspaniya klubu

29 İyul 2023 22:00 İspaniya 809
36 yaşlı məşhur hücumçu ilə yolları ayırdı – İspaniya klubu

“Valensiya” uruqvaylı hücumçusu Edinson Kavani ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun klubla sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaqdı.

Kavaninin karyerasını “Boka Xuniors”da davam etdirməsi gözlənilir.

Kavani ötən ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq “Valensiya”ya keçmişdi. O, bu komandada 28 oyuna 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar