Bu klubdan müdafiəçi transfer edəcək - "Barselona"

28 İyul 2023 18:40 İspaniya 733
Bu klubdan müdafiəçi transfer edəcək -

"Barselona" ispaniyalı müdafiəçi transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi "Valyadolid"in oyunçusu İvan Fresnedanı heyətinə qatmağı planlaşdırır.

"Barsa" 18 yaşlı sağ cinah müdafiəçisi üçün 20 milyon avronu ödəməyə hazırdır. Amma onlar bunu hissə-hissə ödəmək niyyətindədir.

Ötən mövsüm Fresneda Primeroda 22 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar