İspaniya klubu ilə müqaviləsini ləğv edir – Məşhur hücumçu

28 İyul 2023 15:20 İspaniya 517
İspaniya klubu ilə müqaviləsini ləğv edir – Məşhur hücumçu

Uruqvaylı hücumçu Edinson Kavani “Valensiya” ilə müqaviləsini ləğv edəcək.

Sportinfo.az xəbər verir ki, artıq Argentina təmsilçisi “Boka Xuniors” 36 yaşlı futbolçuya rəsmi müqavilə təklifi göndərib.

Danışıqlar davam edir və Argentina klubu ən qısa zamanda müqavilə bağlamağa ümid edir.

Kavani peşəkar karyerasına 2005-ci ildə Uruqvayın “Danubio” klubunda başlayıb.

O, karyerası ərzində İtaliyanın “Palermo” və “Napoli”, həmçinin Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti