"Real Madrid"in əfsanəvi futbolçularından olan Roberto Karlos Arda Gülər barədə maraqlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, o, A. Gülərlə fotosunu sosial şəbəkə hesabında paylaşaraq "Ən yaxşı kluba xoş gəldiniz" şərhini yazıb.
Türkiyə millisinin və “Fənərbaxça”nın gənc ulduzu Arda Gülər rəsmən Madrid “Real”ına transfer olunub. İspanlar digər nəhənglərlə apardıqları mübarizədə qalib gələrək 18 yaşlı vinger üçün 20 milyon avro ödəyiblər.
R.Karlos bir müddət qısa müddət "Fənərbaxça"nın formasını geyinib. O, məşqçilik karyerasında isə Super Liqa komandalarından ikisi “Sivasspor” və “Akhisarspor”u çalışdırıb.

