İspaniya millisinin və "Mançester Siti”nin sabiq futbolçusu David Silva peşəkar karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, yeni mövsüm öncəsi İspaniya “Real Sosyedad”ı ilə təlim-məşq toplanışında dizindən ağır zədə alan yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb.
Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən Silva həyatının ən ağır qərarlarından birini verdiyini bildirib.
David Silva karyerası ərzində ölkəsinin “Valensiya”, “Eybar” və “Selta” klublarında da çıxış edib.

