“Bunun reallaşıb-reallaşmayacağına əmin deyiləm"

27 İyul 2023 12:20 İspaniya 497
“Bunun reallaşıb-reallaşmayacağına əmin deyiləm"

“Barselona”nın futbolçusu Serxi Roberto fransalı hücumçu Kilian Mbappenin Kataloniya klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, “Barsa”nın ən yaxşı futbolçulara layiq olduğunu deyib:

“Bunun reallaşıb-reallaşmayacağına əmin deyiləm. Digər klublarda çıxış edən oyunçular barədə danışa bilmərəm.

Bildiyim tək həqiqət var: “Barselona” ən yaxşı futbolçulara layiqdir”.

Kataloniya klubunun Mbappeni transfer etmək üçün PSJ-yə bir neçə futbolçu təklif etməyə hazır olduğu bildirilir.

Fransa millisinin üzvünün Paris klubu ilə hazırkı sözləşməsi 2024-cü ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti