“Xavi mənə zəng etdi və “Barselona”ya çağırdı, amma bu, mümkün deyildi“

27 İyul 2023 10:00 İspaniya 1 181
“Xavi mənə zəng etdi və “Barselona”ya çağırdı, amma bu, mümkün deyildi“

“Milan”ın yeni futbolçusu Ticani Reynders “Barselona”nın baş məşqçisi Xavi tərəfindən Kataloniya klubuna dəvət edildiyini bildirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu Xavinin ona zəng etdiyini və komandasında görmək istədiyini deyib:

“Xavi mənə zəng etdi və “Barselona”ya çağırdı. Amma mənim üçün bu, mümkün deyildi. Çünki mən artıq “Milan”a keçməyə razı olmuşdum”.

İyulun 19-da Milan klubu Reyndersin transferini elan edib. O, “rossonyerlər”lə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Reynders 2017-ci ildən “Alkmar”da idi. O, ötən mövsüm bütün turnirlərdə 54 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti