“Barselona”nın vitse-prezidenti Rafa Yuste PSJ-nin forvardı Kilian Mbappenin “Real”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, “Mbappenin “Real”a keçidi sizi narahat edəcəkmi” sualını belə cavablandırıb:
“Qətiyyən, narahat olmağa dəyməz. Mən yalnız “Barselona” üçün narahatlıq keçirirəm.
Hazırda Xavinin başçılığı altında komandamız daha yaxşı formadadır. Gənc futbolçulara kömək edən çox təvazökar oyunçulara sahibik.
La Liqada yenidən hegemonluğumuzu göstərməyə çalışacağıq”.
Mbappenin Paris klubu ilə hazırkı sözləşməsi 2024-cü ilə qədərdir.

