"Milan"dan 25 milyon avro tələb edir - Musanın transferi üçün

26 İyul 2023 12:00 İspaniya 762
"Milan"dan 25 milyon avro tələb edir - Musanın transferi üçün

"Milan" "Valensiya"nın yarımmüdafiəçisi Yunus Musanı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, "rossonyerlər" bunun üçün İspaniya klubuna rəsmi təklif göndərib.

Lakin "Valensiya" "Milan"ın 18 milyonluq təklifindən imtina edib. İspanlar Musanı minimum 25 milyon avroya satmaq istəyir.

ABŞ millisinin üzvü olan 20 yaşlı futbolçu 2020-ci ildən “Valensiya”nın əsas heyətində çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti