12 milyon avroya başa gəldi - Xavinin keçmiş klubundan yeni transfer

25 İyul 2023 12:20 İspaniya 596
12 milyon avroya başa gəldi - Xavinin keçmiş klubundan yeni transfer

“Valyadolid”in futbolçusu Qonsalo Plata “Əl-Sədd”ə keçib.

Sportinfo.az xəbər verir ki, evkadorlu ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Bu transfer “Əl-Sədd”ə 12 milyon avroya başa gəlib.

Plata başa çatan mövsümdə La Liqada 34 oyunda bir qol vurub və yeddi məhsuldar ötürmə edib.

“Barselona”nın baş məşqçisi Xavi 2019-2021-ci illərdə “Əl-Sədd”in “sükanı arxasında” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti