"Düzəltməli olduğumuz məqamlar var" - “Real”ın yeni taktiki sxemindən danışdı

24 İyul 2023 18:40 İspaniya 1 042
"Düzəltməli olduğumuz məqamlar var" - “Real”ın yeni taktiki sxemindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Milan”la keçirilən yoldaşlıq görüşü (3:2) haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Kərim Benzemanın klubu tərk etməsindən sonra istifadə etdiyi 4-3-1-2 taktiki sxemindən söz açıb:

“Komandamın oyununu bəyəndim. Düzəltməli olduğumuz məqamlar var. Ümumi fikirlərim müsbətdir. Daha çox mərkəzdə oynamağa çalışdıq”.

“Kral klubu” növbəti yoldaşlıq görüşü çərçivəsində iyulun 27-də “Mançester Yunayted”lə, “Milan” isə iyulun 28-də “Yuventus”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti