“Barselona”da kütləvi problem yarandı, oyun ləğv olundu

23 İyul 2023 16:55 İspaniya 1 053
“Barselona”da kütləvi problem yarandı,  oyun ləğv olundu

“Barselona” və “Yuventus” arasında yoldaşlıq görüşü ləğv edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.

Bildirilib ki, bu, “Barselona”nın bir sıra futbolçularında qastroenterit virusu aşkarlanması ilə əlaqədardır.

Qarşılaşma ABŞ-da bazar günü Bakı vaxtı ilə saat 06:30-da başlamalı idi.

“Barselona” ABŞ-da təlim-məşq toplanışındadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti