Messi və Busketsdən sonra İnyesta da “İnter Mayami”də

21 İyul 2023 15:40 İspaniya 650
Messi və Busketsdən sonra İnyesta da “İnter Mayami”də

“Barselona”nın və “Vissel Kobe”nin keçmiş yarımmüdafiəçisi Andres İnyesta “İnter Mayami”yə keçə bilər.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı ispaniyalı futbolçu MLS klubu ilə ilkin razılıq əldə edib.

İnyestanın futbolçu karyerasını başa vurduqdan sonra “Barselona”ya rəhbər vəzifəyə qayıtmaq ehtimalı var.

İnyesta iyulun 2-də 2018-ci ildən çıxış etdiyi Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.

O, bu komandada 134 matçda 26 qol vurub, 25 məhsuldar ötürmə edib. Futbolçu 2002-2018-ci illərdə İspaniya “Barselona”sında çıxış edib.

“İnter Mayami”də “Barselona”nın sabiq futbolçuları Lionel Messi və Serxio Buskets də forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti