“Barselona” hücumçularından birini satarsa, Joao Feliksi transfer edə biləcək.
Sportinfo.az xəbər verir ki, hazırda kataloniyalıların “Atletiko”nun hücumçusunu almaq üçün maliyyə vəsaiti yoxdur.
23 yaşlı portuqaliyalının transferi avqust ayına kimi mümkün görünmür.
Daha əvvəl bildirilmişdi ki, Madrid klubu Feliksin “Barselona”ya satın alma bəndi ilə icarəsinə razılıq verib.
Futbolçu ötən mövsümü icarə əsasında “Çelsi”də keçirib.

