"Həqiqətən də əylənirəm"

20 İyul 2023 12:20 İspaniya 717
"Həqiqətən də əylənirəm"

“Real”ın yeni transferi Çud Bellingem komandadakı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu məşqlər haqqında da danışıb:

“Hər an sevincdir, həqiqətən də, əylənirəm. Komanda yoldaşlarımı çox bəyənirəm, məşqçilər korpusundan çox şey öyrənirəm.

Toni Kroos maestrodur. Diqqət etdiyim əsas şey onun ötürmələridir.

Biz cəmi bir həftədir buradayıq və hələ də bacarıqlarımızı inkişaf etdiririk ki, bu, normaldır. Amma kənardan müşahidə etdikdən sonra Kroosu yaxından görmək əsl zövqdür”.

Bellingem iyun ayında Dortmund “Borussiya”sından “kral klubu”na keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti