"Barselona" yeni transfer reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, bunu klubun prezidenti Xuan Laporta açıqlayıb.
O, "Atletiko Paranaense"nin hücumçusu Vitor Roke ilə müqavilə imzaladıqlarını elan edib. O, başqa transferlərin də olacağını bildirib:
“İniqo Martinez və İlkay Gündoğan baş məşqçimiz Xavinin heyətə qatmaq istədiyi iki futbolçu idi.
Viktor Rokenin də transferi tamamlandı. Sağ cinah müdafiəçisi çatışmır.
Bunun üzərində işləyirik. Sonra da yarımmüdafiəni bir neçə oyunçu ilə gücləndirmək istəyirik”.
"Barselona" yay transfer pəncərəsində İniqo Martinez və İlkay Gündoğanı azad agent statusu ilə heyətinə qatıb.

