“Real”ın yeni transferi Çud Bellingem növbəti mövsümlə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu özünü yaxşı hiss etdiyini bildirib:
“Özümü yaxşı hiss edirəm. Başlamağa hazırıq. Oynamağa hazıram, dizim artıq mükəmməl vəziyyətdədir.
Ən tez zamanda “Santyaqo Bernabeu”da azarkeşlərimizin önündə oynamaq istəyirəm. Mən qalib gəlməyə hazıram”.
Bellingem bir müddət əvvəl Dortmund “Borussiya”sından “Real”a keçib.

