“Barselona”da yeni kapitan(lar) - Serxi Roberto və onlar

11 İyul 2023 00:10 İspaniya 758
“Barselona”da yeni kapitan(lar) - Serxi Roberto və onlar

Serxi Roberto “Barselona”nın yeni kapitanı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubu sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Mark-Andre ter Ştegen 2-ci, Osman Dembele 3-cü kapitan olacaqlar.

Xəbərdə həmçinin bu gün futbolçuların istirahətdən qayıtdıqdan sonra ilk məşqə çıxdıqları vurğulanıb.

31 yaşlı Serxi Roberto 2013-cü ildən “Barselona”da çıxış edir. Ötən mövsüm ispan müdafiəçi bütün turnirlərdə 33 oyuna çıxıb, 4 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, ötən mövsüm komandanın kapitanı Serxio Buskets idi. O, iyunda “Barselona”dan ayrılıb və azad agent kimi “İnter Mayami”yə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti