“O, transfer edəcəyimiz futbolçular siyahısında yer almır”

4 İyul 2023 21:40 İspaniya 832
“O, transfer edəcəyimiz futbolçular siyahısında yer almır”

“Sevilya”nın vitse-prezidenti Xose Mariya del Nido Karrasko müdafiəçi Serxio Ramosun İspaniya klubuna geri qayıtmayacağını bildirib.

Sportinfo.az xəbər verir ki, o, klubla futbolçu arasında bağlılığın olmadığı barədə açıqlama verib:

“Hazırda Ramos “Sevilya”nın transfer edəcəyi futbolçular siyahısında yer almır. O, bizim ən yaxşı oyunçularımızdan biri olub. Lakin hazırda Serxio ilə aramızda heç bir bağlılıq yoxdur”.

Öncədən 37 yaşlı futbolçu ilə ABŞ-ın “İnter Mayami” klubunun maraqlandığı da bildirilirdi.

Ramos 2002-2005-ci illərdə Əndəlüs təmsilçisində çıxış edib. O, 2005-ci ilin yayında 27 milyon avroya “Real”a transfer olub.

İspaniyalı müdafiəçi 2021-2023-cü illərdə PSJ-də forma geyinib. Futbolçu artıq azad agent statusu daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti