Xavi bu transferdə israrlıdır, “Barselona” rəhbərliyi isə...

4 İyul 2023 12:00 İspaniya 938
Xavi bu transferdə israrlıdır, “Barselona” rəhbərliyi isə...

“Barselona” “Jirona”nın yarımmüdafiəçisi Oriol Romeunun transferi ilə bağlı qərarsızdır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu öz yetirməsi üçün 5-6 milyon avro təklif etməyə hazırdır.

31 yaşlı yarımmüdafiəçi “Barsa”nın əsas seçimi olmasa da, digər variantlar uğursuzluğa düçar olub. İndi isə komandanın çalışdırıcısı Xavi bu transferdə israrlıdır.

Bununla belə, klub rəhbərliyi bu ideyadan əmin deyil və bazarı öyrənməyə davam etmək niyyətindədirlər. Onlar Xaviyə gözləməyi məsləhət görüblər.

Romeu 2022/23 mövsümündə “Jirona”nın heyətində 36 oyun keçirib, 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti