“Mbappe “Real”ın oyunçusu olacaq və arzusunu həyata keçirəcək - Çox az qalıb!”

4 İyul 2023 10:00 İspaniya 1 011
“Mbappe “Real”ın oyunçusu olacaq və arzusunu həyata keçirəcək - Çox az qalıb!”

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a keçəcək.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə jurnalist Fransua Qalardon çıxış edib.

Onun sözlərinə görə, transfer 6 və ya 7 iyulda açıqlanacaq.

“6 və ya 7 iyulda siz Madridlilər böyük sevinc yaşayacaqsınız. Kilian Mbappe “Real”ın oyunçusu olacaq və arzusunu həyata keçirəcək. Çox az qalıb!” - deyə jurnalist bildirib.

PSJ-nin Mbappe ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Real”ın fransalı oyunçu üçün 250 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar