“Səninlə gözəl anlar yaşamaq çox xoş idi - Səni çox sevirəm, dostum!”

4 İyul 2023 00:20 İspaniya 593
“Səninlə gözəl anlar yaşamaq çox xoş idi - Səni çox sevirəm, dostum!”

“Barselona”nın keçmiş futbolçusu Karles Puyol sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, ispaniyalı futbolçu Sesk Fabreqasın karyerasını bitirməsinə münasibət bildirib:

“Böyük karyera münasibətilə səni təbrik edirəm. Səninlə gözəl anlar yaşamaq çox xoş idi. Səni çox sevirəm, dostum! Həyatının yeni mərhələsində uğurlar arzu edirəm”.

Fabreqas bundan sonra “Komo” klubunun U-19 və əvəzedici komandalarının baş məşqçisi kimi fəaliyyət göstərəcək. O, 2022-ci ilin yayından İtaliya B Seriyası təmsilçisində forma geyinirdi.

Fabreqas öncədən “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako”da da çıxış edib, İspaniya yığmasında 110 oyunda 15 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti