“Barselona” bu iki nəfəri ala bilmədi, onu tapdı

2 İyul 2023 10:40 İspaniya 1 416
“Barselona” bu iki nəfəri ala bilmədi, onu tapdı

“Jirona”nın yarımmüdafiəçisi Oriol Romeu karyerasını “Barselona”da davam etdirə bilər. Kataloniya klubu onu Serxio Busketsin əvəzləyicisi kimi görür.

Sportinfo.az xəbər verir ki, “Barsa” Busketsin yerinə əsas namizədlər olan Josua Kimmix (“Bayern”) və Martin Subimendi (“Real Sosyedad”) ilə razılıq əldə edə bilməyib.

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç isə “Əl-Nəsr”ə keçməklə bağlı qərar verib.

La Liqa klubu bu səbəbdən, bütün diqqətini Romeuya yönəldib.

31 yaşlı futbolçu Kataloniya klubunun yetirməsidir. O, “Barselona”dan ayrıldıqdan sonra “Çelsi”, “Valensiya”, “Ştutqart”, “Sauthempton” kimi klublarda çıxış edib.

Romeu ötən ilin sentyabrından “Jirona”da forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti