4 illik müqavilə üçün 160 milyon avroya heç gözünün ucuyla da baxmadı!

1 İyul 2023 22:00 İspaniya 1 133
4 illik müqavilə üçün 160 milyon avroya heç gözünün ucuyla da baxmadı!

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, ərəblər "Real Sosyedad"ın yarımmüdafiəçisi Takefusa Kuboya təklif göndərib.

22 yaşlı vinger 4 illik müqavilə üçün 160 milyon avroluq təklifi rədd edib. Gənc oyunçu Avropada qalmaq niyyətindədir.

"Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında Madrid "Real"ından transfer edib.

Yaponiya millisinin üzvü son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti