İstintaqa yalan məlumat verdiyi aşkarlandı – HƏBS OLUNACAQ?

1 İyul 2023 10:20 İspaniya 716
İstintaqa yalan məlumat verdiyi aşkarlandı – HƏBS OLUNACAQ?

“Lion”un futbolçusu Deyan Lovren və “Real”ın oyunçusu Luka Modriç Xorvatiyada problemlə qarışlaşıblar.

Sportinfo.az xəbər verir ki, Osiyek şəhər prokurorluğu adıçəkilən oyunçuları “Dinamo”nun (Zaqreb) keçmiş prezidenti Zdravka Mamiçin 20 milyon avronu mənimsəməsi ilə bağlı yalan ifadə verməkdə ittiham edib.

“Lion”un futbolçusu məsələ ilə bağlı əsas sənədi imzaladıqdan sonra müqaviləyə bəndlər əlavə etməklə, müstəqil şəkildə Zaqrebdə bank hesabı açmaqla və üçüncü şəxsin bank hesabına pul köçürməklə bağlı əsassız fikirlər səsləndirdiyi üçün ittiham olunub.

Modriç isə müqavilənin əlavələrini uzatdıqca hər dəfə aparılan istintaqı çaşdırmağa cəhd göstərib. O, bunu yalnız bir dəfə edib.

Lovren və Modriç 2017-2018-ci illərdə yalan ifadələr verdikləri üçün 5 il müddətinə həbs edilə bilərlər.

Zaqreb “Dinamo”sunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti