"Baş məşqçimiz onu inandırdı ki…" - Məşhur klubun prezidenti

1 İyul 2023 18:40 İspaniya 774
"Baş məşqçimiz onu inandırdı ki…" - Məşhur klubun prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın transferini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, türk əsilli almaniyalı futbolçunun xüsusi bacarıqlara sahib olduğunu bildirib:

“İlkay karyerasını nüfuzlu klubda davam etdirməklə bağlı qərar verdi. “Mançester Siti”nin verdiyi pullar onun üçün ikinci plana keçdi.

Baş məşqçimiz Xavi də Gündoğanı inandırdı. Hazırda biz hər zaman böyük klubda oynamaq arzusunda olan təcrübəli futbolçuya sahibik.

Xüsusi bacarıqlara sahib, Çempionlar Liqasının qalibi olan futbolçu artıq komandamızda çıxış edəcək”.

33 yaşlı yarımmüdafiəçi “Mançester Siti” ilə 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti