“Barselona” Messiyə dəvət göndərdi: “Gəlsə, əla olar”

30 İyun 2023 21:40 İspaniya 1 667
“Barselona” Messiyə dəvət göndərdi: “Gəlsə, əla olar”

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messini “Kamp Nou” stadionunun təmirdən sonra baş tutacaq açılış mərasiminə dəvət etmək istəyir.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri, Kataloniya təmsilçisinin sabiq futbolçusunun qərarlarına hörmət etdiklərini deyib:

“Messi “Barselona”ya qayıtmadı. O, bir daha təzyiqlərlə üzləşmək istəmədi. Lionelin qərarlarına hörmətlə yanaşırıq.

Onun “İnter Mayami”də yaxşı çıxış edəcəyinə ümid edirik. Messi təmirdən sonra doğma stadionumuz “Kamp Nou”nun açılışında iştirak etsə, əla olar”.

Argentinalı forvard 2021-ci ilin avqustunda müqaviləsində yaşanan problemlərə görə La Liqa klubunu tərk edib.

O, 2021-2023-cü illərdə Fransanın PSJ klubunda çıxış edib. Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti