“100 milyon avro təklif etdilər, lakin onu satmadıq”

30 İyun 2023 18:40 İspaniya 770
“100 milyon avro təklif etdilər, lakin onu satmadıq”

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqu satmaqdan imtina etdiklərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, niderlandlı futbolçu üçün 100 milyon avro təklif aldıqlarını deyib:

“Keçən il Frenki de Yonq üçün 100 milyon avro təklif etmişdilər, lakin biz onu satmadıq. Transfer bazarında yer almamalı çox futbolçu var”.

De Yonq 2019-cu ildən La Liqa klubunun formasını geyinir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti