İcarəyə götürdüyü hər iki legioneri geri qaytardı - Premyer Liqa klubu

28 İyun 2023 12:20 İspaniya 1 117
İcarəyə götürdüyü hər iki legioneri geri  qaytardı - Premyer Liqa klubu

"Tottenhem" Klement Lanqleni "Barselona"ya, Arnaud Danjumanın isə "Vilyarreal" qaytaracaq.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi adıçəkilən futbolçuların transfer hüququna yiyələnmək istəməyib.

Fransız müdafiəçi 2022/2023 mövsümünün əvvəlində İngiltərə klubuna icarəyə verilmişdi. O, London təmsilçisinin heyətində 35 oyun keçirib və 1 qol vurub.

26 yaşlı Arnaud Danjuma qışda icarə əsasında "Tottenhem"ə keçib, İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb, bir qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti