"Barselona" 2023/2024 mövsümündə ev oyunlarında geyinəcəyi formaları ictimaiyyətə təqdim edib.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin oyun dəsti ənənəvi olaraq göy və qırmızı rənglərdən ibarətdir.
Qapıçının forması isə yaşıl rəngdədir.
"Barselona" başa çatan mövsümdə La Liqanın qalibi olub.


