İlkay Gündoğan 2+1 il “Barselona”da - FOTO

26 İyun 2023 18:20 İspaniya 881
İlkay Gündoğan 2+1 il “Barselona”da - FOTO

“Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğan "Barselona” ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Almaniya millisinin üzvü azad agent kimi “Barsa”ya keçib. Tərəflər 2+1 illik müqavilə imzalayıblar. Futbolçunun sərbəstqalma məbləği isə 400 milyon avrodur.

“Mançester Siti” rəsmi internet saytından “Təşəkkürlər, İlkay” başlıqlı açıqlama ilə təcrübəli futbolçuya “Barselona”da uğurlar arzulayıb.

2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

İlkay Gündoğan transferindən sonra “Barselona”da oynayan 5-ci türk futbolçu ünvanını qazanıb.

Bu vaxta qədər Seyit Cem Ünsal, Rüştü Reçber, Arda Turan, Əmrə Dəmir Kataloniya klubunun formasını geyinib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti