38 yaşlı məşhur futbolçu daha 1 il “Real”da – YENİ MÜQAVİLƏ

26 İyun 2023 15:20 İspaniya 571
38 yaşlı məşhur futbolçu daha 1 il “Real”da – YENİ MÜQAVİLƏ

“Real” Luka Modriçlə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Modriçin sentyabrda 38 yaşı tamam olacaq.

Modriç ötən mövsüm “Real”ın heyətində La Liqada 33 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti