"Real"da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi Naço Fernandesin sözləşməsinin müddətini uzadıb.
33 yaşlı müdafiəçi 2023/2024 mövsümünün sonuna kimi komandada qalacaq.
Naço "Real"ın yetirməsidir. O, karyerası ərzində yalnız bu klubda oynayıb.
İspaniya millisinin üzvü son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

