Gündoğan "Barselona"da - 2+1 illik müqavilə imzalayacaq

22 İyun 2023 10:20 İspaniya 865
Gündoğan "Barselona"da  - 2+1 illik müqavilə imzalayacaq

Almaniya millisinin və "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İspaniya "Barselona"sına keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 33 yaşlı türkəsilli yarımmüdafiəçi ilə Kataloniya təmsilçisi arasında danışıqlar müsbət yekunlaşıb.

Təcrübəli oyunçu yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. Onun "şəhərlilər"lə sözləşməsi iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar