“Barselona”nın yarımmüdafiəçisi Rafinya gələcək karyerası barədə danışıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı vinger Kataloniya təmsilçisi ilə uzunmüddətli müqaviləsinin olduğunu diqqətə çatdırıb:
“Gələn mövsüm də, ondan sonrakı mövsüm də, sonrakı mövsüm də “Barselona”da oynamağa davam edəcəm.
Klubla uzunmüddətli müqaviləm var, ümid edirəm ki, bütün arzularım burada gerçəkləşəcək”.
Rafinya 2022-ci ilin yayında İngiltərənin “Lids” klubundan Kataloniya təmsilçisinə keçib.
“Sambaçı” 2022/23 mövsümündə İspaniya La Liqasında 36 oyuna çıxıb, yeddi qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Onun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

