Daha bir tanınmış karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək?

21 İyun 2023 15:40 İspaniya 947
Daha bir tanınmış karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək?

“Atletiko”nun futbolçusu Mett Doherti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları “hindular”ın irlandiyalı müdafiəçisi ilə danışıqlar aparır.

Doherti bu ilin yanvarında “Tottenhem”dən “Atletiko”ya keçib. Daha əvvəl xəbər verilmişdi ki, İngiltərə təmsilçisi futbolçuların xarici klublara icarəyə verilməsinə qoyulan limitdən yan keçmək üçün müdafiəçi ilə müqaviləyə xitam verib.

İyunun sonunda, “Atletiko” ilə müqaviləsi başa çatdıqdan sonra Doherti azad agent olacaq.

Doherti “Atletiko”ya keçəndən bəri bütün yarışlarda 6 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti