“Barselona”nın yarımmüdafiəçisi Qavi Çud Bellingemin “Real”a keçidi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, əzəli rəqiblərinin istədiyi futbolçunu transfer edə biləcəklərini söyləyib:
“Real” istədiyi futbolçunu transfer edə bilər. Onlar qətiyyən mənə maraqlı deyil.
Diqqətimizi yalnız özümüzə yönəltmişik. Yaxşı komandamız var. Hazırda “Barselona” iqtisadi cəhətdən çətin günlər yaşayır”.
Qavi Kataloniya təmsilçisinin yetirməsidir. O, 2022/23 mövsümündə “Barsa”nın heyətində 49 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.
“Borussiya”dan (Dortmund) “Real”a keçən Bellingemlə 6 mövsümlük müqavilə imzalanıb.

