Verdikləri vədləri yerinə yetirmirlər – Klub rəhbərliyindən narazıdır

17 İyun 2023 12:00 İspaniya 656
Verdikləri vədləri yerinə yetirmirlər – Klub rəhbərliyindən narazıdır

“Real”ın baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyinin ona münasibətindən narazıdır.

Sportinfo.az xəbər verir ki, transfer məsələlərində rəhbərliyin onun fikirlərini nəzərə almaması italiyalı mütəxəssisin xoşuna gəlmir.

Ançelotti “kral klubu”nun heyəti gücləndirmək üçün verdiyi vədlərin bəzilərinin yerinə yetirilməməsindən narazıdır.

Öncədən Braziliya milli komandasının Ançelotti ilə maraqlandığı bildirilirdi. Lakin o, 2023/24 mövsümündə də İspaniya komandasını çalışdıracağını dilə gətirmişdi.

“Real” 2022/23 mövsümündə La Liqanı ikinci pillədə bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti