Türkiyəli hücumçu İspaniya klubunun “ən yaxşı”sı seçildi

16 İyun 2023 00:20 İspaniya 691
Türkiyəli hücumçu İspaniya klubunun “ən yaxşı”sı seçildi

"Xetafe"də 2022/2023 mövsümünün ən yaxşı oyunçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türk hücumçu Enes Ünal La Liqa təmsilçisində başa çatan sezonun Ən yaxşısı adına layiq görülüb.

O, azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

Enes Ünal son mövsümdə komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 15 qol ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar