Çud Bellingem artıq rəsmi olaraq “Real”ın oyunçusudur.
Sportinfo.az xəbər verir ki, Madrid klubu ingiltərəli yarımmüdafiəçi ilə 6 mövsümlük müqavilə imzaladığını açıqlayıb.
Daha əvvəl “Borussiya” (Dortmund) 19 yaşlı futbolçu üçün 103 milyon avro alacaqlarını açıqlamışdı.

Bellingem 2020-ci ilin iyulunda “Birmingem”dən 25 milyon avroya “Borussiya”ya keçmişdi.
O, Almaniyada üç mövsüm ərzində 32 oyun keçirib, 24 qol vurub, 25 məhsuldar ötürmə verib.

