“Onunla asanlıqla dil tapmaq mümkündür, meydanda nə etməli olduğunu bilir”

13 İyun 2023 00:10 İspaniya 548
“Onunla asanlıqla dil tapmaq mümkündür, meydanda nə etməli olduğunu bilir”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını “Əl-İttihad”da davam etdirəcək hücumçu Kərim Benzema haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Benzema ilə asanlıqla dil tapmağın mümkün olduğunu söyləyib:

“Benzemanı çalışdırmaq mənim üçün şərəf idi. Onunla asanlıqla dil tapmaq mümkündür. Kərim meydanda nə etməli olduğunu bilir”.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “kral klubu”nu çalışdırıb. La Liqa təmsilçisi fransalı mütəxəssislə üç dəfə Çempionlar Liqasının qalibi olub (2016, 2017, 2018).

“Real”dan ayrılan Benzema Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqaviləyə imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti