“Barselona” qardaşım üçün bir nömrədir, amma maliyyə vəziyyətini bilirsiz”

9 İyun 2023 00:20 İspaniya 597
“Barselona” qardaşım üçün bir nömrədir, amma maliyyə vəziyyətini bilirsiz”

Kiprin AEK klubunun hücumçusu Nordin Amrabat qardaşı, “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabatın gələcəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, qardaşının arzusunun İspaniyada oynamaq olduğunu bildirib:

“Sofyan “Vest Hem”ə gedəcək? Xeyr, o, zirvəyə çıxmaq istəyir və onun arzusu İspaniyada oynamaqdır.

“Barselona” onun üçün bir nömrədir, amma Kataloniya klubunun maliyyə vəziyyətini bilirsiz. Sofyanla hələ də maraqlanan klublar var”.

Mərakeşli futbolçu 2020-ci ilin yayından İtaliya klubunda çıxış edir. Onun “Fiorentina” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti